Noyabrın 9-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Sankt-Peterburq Musiqi Liseyinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aleksandr Vasilyev tərəfindən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün violin ixtisası üzrə ustad dərsləri keçirilib.

Ustad dərslərində Mərkəzi İncəsənət Məktəbi ilə yanaşı, Bakı şəhər R.Behbudov adına 2, S.Rüstəmov adına 13, Ş.Ələkbərova adına 20, Niyazi adına 22, Ə.Bədəlbəyli adına 23, M.Maqomayev adına 26 nömrəli və 33 nömrəli onbirillik uşaq musiqi məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Xatırladaq ki, 2018-ci ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Qeyd olunan ustad dərsi də həmin sənədə əsasən gerçəkləşir.