Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 3 saylı filialında 8 Cəfər Cabbarlının Ev-Muzeyinin böyük elmi işçisi Gülnarə Əlibalayevanın "Müharibə acılarının Zəfər sevincləri" kitabının təqdimatı keçirilib. Kitab Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunub.

Təqdimatda Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən söz açıb. Diqqətə çatdırıb ki, muzeyin layihəsi əsasında işıq üzü görən kitabda torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğullarımızın qəhrəmanlığından, müzəffər Silahlı Qüvvələrimizin döyüş rəşadətindən söz açılır.

Tədbirdə şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova, Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Ülfət Həsənli, Azərbaycan Texniki Universitetinin tələbələri və 146 saylı liseyin şagirdləri çıxış ediblər.

Təqdimatın sonunda qonaqlara kitablar hədiyyə olunub.

LALƏ