“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) keçirdiyi videomüsabiqədə 18-21 yaş kateqoriyasında birinci yerə layiq görülən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirovaya sertifikatın təqdim olunması mərasimi keçirilib.

İdarədən bildirilib ki, qurumun dəstəyi ilə Nurcan Daşdəmirova müsabiqəyə “İçərişəhər pandemiya dövründə” adlı videoçarx ilə qatıləb. Müsabiqəyə ümumilikdə 23 video təqdim edilib.

Qalibə sertifikatı təqdim edən “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri Read Qasımov onu təbrik edərək İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin rolunun əhəmiyyətli olduğunu bildirib, eləcə də belə beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün əhəmiyyət kəsb etdiyini bildirib.

“İçərişəhər” DTMQİ 2016-cı ildən OWHC təşkilatının üzvüdür. Qoruq İdarəsi 2018-ci ildə OWHC-nin Direktorlar Şurasının iclasına ev sahibliyi edib.