İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) Mərakeşin paytaxtı Rabat şəhərini 2022-ci ildə ərəb regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” elan edib.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd Bensəidin görüşündə gələn il mədəniyyət paytaxtı çərçivəsində keçiriləcək tədbirlərin proqramı ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 2021-ci ildə bu il ərəb regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” Doha (Qətər) şəhəri olub. Həmçinin İCESCO yaxın günlərdə qeyri-ərəb ölkələri üzrə “İslam Mədəniyyətinin Paytaxtı”nı elan edəcək. Təşkilatın rəhbəri cari ilin yanvarında Azərbaycana səfəri zamanı işğaldan azad olunmuş qədim Şuşa şəhərinin namizədliyini təklif etdiyini söyləmişdi.