Xalq yazıçısı Əli Vəliyevin (1901–1983) 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb.

Ümummilli lider Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitabda Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin, Sabir Rüstəmxanlı və başqa söz, sənət və mədəniyyət xadimlərinin xatirələri yer alıb. Xatirələrdə Əli Vəliyevin saf təbiəti, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat və məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest və hekayələri ilə bağlı fikir və mülahizələr əksini tapıb.

Kitabın tərtibçisi Yaşar Əliyev, redaktoru Bəhlul Abbasovdur.