Mədəniyyət Nazirliyi və "İctimai TV"nin media dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Bizim kino” adlı 24 hissəli kinojurnal tamaşaçıların ixtiyarına verilib.

Kinostudiyadan bildirilib ki, “100 ildən çoxdur ki, bizi öz sehrində saxlayan 7-ci sənətə, kinomuza milli baxış” mövzusuna həsr olunan layihənin rəhbəri Əməkdar incəsənət xadimi Cəmil Quliyev, prodüseri Fariz Əhmədovdur. Yaradıcı heyətə Rza Əsgərov, Kamran Qasımov, Seyran Bədəlov, Əli Sultanov daxildir.

Kinojurnalı izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.youtube.com/playlist?list=PLAtI5OWgNzB0m2toZ6JEnKOeZ590P0EQ6