16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd, qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Əlamətdar gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə mövzu ilə əlaqəli kitablar və dövri mətbuatda dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Beynelxalq_Tolerantl%C4%B1q_Gunu/index.htm