Noyabrın 23-də Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir bax, min yaşat” adlı fərdi sərgisi keçiriləcək.

Müxtəlif mövzuları əhatə edən və əsasən təbiət mənzərələrinin əks olunduğu fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara sənət zövqü bəxş edəcək.

Heydər Əliyev Sarayının sərginin təşkilində məqsədi gənc, yaradıcı və peşəkar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Qeyd edək ki, sərgidə foto işlərinin satışı həyata keçiriləcək. Əldə olunacaq gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT" Fonduna ianə ediləcək.