Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək. Premyera dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Fikrət Əmirovun məşhur baletinin yenidən səhnəyə çıxması "Nizami ili" çərçivəsində baş tutan ən mühüm incəsənət layihələrdən biridir.

Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Xalq artisti, teatrın balet truppasının bədii rəhbəri Kamilla Hüseynova həyata keçirib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.