Heydər Əliyev Sarayında noyabrın 18-nə nəzərdə tutulan konsert proqramı təxirə salınıb.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlı bildirib ki, “Jazz mix” konsert proqramı noyabrın 16-da Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində baş verən döyüşdə şəhid olan hərbçilərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ertələnib.
Konsert dekabrın 16-na keçirilib. Əldə olunmuş bütün biletlər etibarlıdır: “Şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin”.