Türkiyənin peyk-rabitə şəbəkəsi inkişaf edir. Qardaş ölkənin istehsalı tamamlanan “TürkSAT 5B” süni peyki bu ilin dekabr ayında kosmosa göndəriləcək. Bununla da Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.
“TürkSAT 5B” peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılacaq. Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Cənubi Afrika daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək.
“TürkSAT 5B”nin manevr ömrünün 35 ildən çox olacağı ehtimal edilir. Peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılacaq.
Xatırladaq ki, “TürkSAT 5A” 2021-ci il yanvarın 8-də orbitə göndərilib.