Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev noyabrın 23-də bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Fərhad Qurban oğlu Xəlilov Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Qeyd edək ki, bu il Fərhad Xəlilovun 75 yaşı tamam olur.

Xalq rəssamını əlamətdar yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edirik.