Dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyinə həsr olunan və 15-26 noyabr tarixini əhatə edən Nizami Gəncəvi Beynəlxalq Festivalı Bakıda və Gəncədə rəngarəng təqdimatlarla əlamətdar ilə maraqlı töhfə oldu.
Mədəniyyət Nazirliyi, AMEA, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində noyabrın 22-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində sərgi təşkil olunub. Gəncə RMİ-nin dəstəyi ilə Gəncə şəhər uşaq rəssamlıq və incəsənət məktəblərinin şagird və müəllimlərinin Nizami “Xəmsə”sinin motivləri əsasında ərsəyə gətirdiyi 70-dən çox rəsm əsəri nümayiş etdirilib.
Sərgidən sonra Gəncə RMİ-nin rəisi Vasif Cənnətov noyabrın 18-də Gəncənin Heydər Əliyev meydanında Nizaminin 880 illiyinə həsr olunmuş fləşmobda təşkilatçı qismində iştirak edən Gəncə Maarif Evi İB-nin könüllü gənclərinə regional idarənin fəxri fərmanını təqdim edib.
NURƏDDİN