Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycan kinosunun görkəmli nümayəndəsi, rejissor və ssenarist, Dövlət mükafatı laureatı, Xalq artisti Eldar Quliyevin (1941-2021) 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov tədbiri açaraq kinorejissorun yaradıcılıq yolu haqqında danışıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev Eldar Quliyevin milli kino sənətinin inkişafına verdiyi töhfələrdən söz açıb.
Sonra rejissorun çəkdiyi “Bir cənub şəhərində”, “Babək” və “Nizami” filmlərindən fraqmentlər nümayiş olunub.
Tədbirdə mədəniyyət müəssisələrinin rəhbərləri, Binəqədi rayon MKS-nin əməkdaşları, Zəngilan rayon 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.