“İRS” jurnalı ispan dilində işıq üzü görüb
 
  
   “İRS” jurnalının Argentinada nəşr edilmiş ispandilli “İRS Herencia” versiyasının “Sirli səslər məkanı Azərbaycan” adlı ilk nömrəsinin təqdimatı olub. Mərasim Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 20-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər və Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində keçirilib.
   Mərasimdə çıxış edən ölkəmizin Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın ilk dəfə dünyanın ən iri nəşriyyat və mədəniyyət tədbirlərindən olan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak etdiyini qeyd edərək vurğulayıb ki, bu günlər ərzində Azərbaycan stendi ilə minlərlə ziyarətçi tanış olub.
   Bu tanışlığın davamı olaraq Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük xidmətləri olmuş “İRS” jurnalının Argentinada ispan dilində “İRS Herencia” adı ilə nəşrinə başlandığını deyən səfir jurnalın ispandilli ölkələrdə Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətimizin təbliğinə yardımçı olacağını bildirib.
   Argentinanın Milli Elmi Texniki Araşdırmalar Mərkəzinin (CONİCET) tədqiqatçısı və Buenos-Ayres Universitetinin müəllimi, mədəniyyətlərarası dialoq üzrə ekspert Veronika Gimenez Belivaou 2009-cu ildə Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək azərbaycanlıların qonaqpərvər və zəngin ənənələri ilə fəxr edən xalq olduğunu qeyd edib.
   Sonda “İRS Herencia” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edərək jurnalın fəaliyyəti barədə danışıb.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar