Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanası və rayon Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə böyük saz-söz ustadının 200 illik yubileyinə həsr olunan “Aşıq Ələsgər poeziyasında saf məhəbbətin tərənnümü” adlı tədbir keçirilib. Musiqi məktəbinin müəllimi Elnur Qubatovun ifasında saz havaları səsləndirilib. Quba şəhər Tələt Mikayılov adına 5 saylı tam orta məktəbin şagirdlərinin Dədə Ələsgərin qoşmaları əsasında hazırladıqları kompozisiya maraqla qarşılanıb.

Sumqayıt RMİ Sumqayıt Dövlət Rəsm Qalereyası, şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyi münasibətilə “Deyilən söz yadigardır” adlı sərgi təşkil edilib.

Gəncə RMİ Samux rayon MKS-də “Ələsgərəm, hər elmdən halıyam” adlı tədbir təşkil olunub. Samux şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri “Aşıq Ələsgər və Dəli Alı” dastan-rəvayətindən parça və “Ustadınam, Ceyran” şeirini söyləyiblər.

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Aşıq Ələsgər – 200” adlı tədbir keçirilib. Aşığın sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Kürdəmir RMİ Xocavənd rayon Mədəniyyət evində təşkil olunan “Azərbaycan aşıq sənətinin zirvəsi” adlı tədbirdə Aşıq Ələsgərin şeirləri əsasında hazırlanan bədii kompozisiya təqdim edilib.

Şəmkir RMİ Daşkəsən rayon Uşaq incəsənət məktəbində də qüdrətli söz ustadının 200 illik yubileyi münasibətilə tədbir keçirilib.

NURƏDDİN