Xəbər verildiyi kimi, dekabrın 7-dən 10-dək Rusiyada Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv ölkələri gənclərinin XV “Delfi Oyunları” keçirilir.

Pandemiya səbəbindən onlayn formatda gerçəkləşən tədbirdə ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi təmsil edir. Məktəbin müəllim-konsertmeyster və bir qrup şagirdi “Delfi Oyunları”na skripka, nəfəs alətləri (truba) və fortepiano nominasiyaları üzrə qatılıb.

Təhsil ocağının direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli nəfəs alətləri nominasiyası üzrə münsif heyətində yer alıb.

Xatırladaq ki, dekabrın 10-dək davam edəcək builki “Delfi Oyunları” MDB-nin 30 illiyinə həsr olunub. Layihənin məqsədi milli mədəniyyətlər arasında dialoqu təşviq etmək, ölkələr arasında əlaqələri gücləndirmək, gənclər və yaradıcı ziyalıların əməkdaşlığını inkişaf etdirmək, humanitar sahədə birlik ölkələrinin təhsil müəssisələri, estetik tərbiyə və bədii təhsil formalarının təkmilləşdirilməsi, gənclərin peşəkar inkişafının təşviqindən ibarətdir.