Britaniyalı qraffiti-rəssam Benksi məşhur Riding həbsxanasını satın almaq istəyir. Rəssam vaxtilə məşhur yazıçı Oskar Uayldın da “sakin”i olduğu Riding həbsxanasını almaq üçün 10 milyon funt təklif edib.

Benksi yazıçının saxlanıldığı həbsxananı sənət mərkəzinə çevirmək istədiyini bildirib. Sənət ulduzları da Benksinin bu qərarını dəstəkləyib.

Rəssam bu ilin mart ayında Riding həbsxanasının divarında qaçmağa çalışan məhbusun qraffiti təsvirini çəkmişdi. Rəsmdə təsvir olunan yazı makinasından çıxan kağızlarla həbsxanadan qaçmağa çalışan adamın Oskar Uayld olunduğu düşünülür. Uayld 1895-1897-ci illərdə bu həbsxanada məhbus olub.

Qeyd edək ki, həbsxana XI əsrdə İngiltərə kralı I Henrix (Henry I Beauclerc) tərəfindən əsası qoyulmuş Riding monastırının yerində tikilib. l Henrinin də burada basdırıldığı və cəsədinin həbsxana divarları altında olduğu güman edilir. Həbsxana 2013-cü ildən bağlanıb.

CAVİD