Milli Kitabxananın virtual sərgisi

Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar elm və mədəniyyət ocaqlarında anım tədbirləri keçirilib. Dekabrın 10-da Azərbaycan Milli Kitabxanasında da anım mərasimi təşkil olunub.

Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd edib ki, müstəqil Azərbaycan ulu öndərin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli abidədir. Azərbaycanın bugünkü inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyevin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad etdi.

Kərim Tahirov çıxışının sonunda qeyd edib ki, Azərbaycan xalqı yaşadıqca ulu öndərin əziz xatirəsi də əbədi yaşayacaq.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günü” adlı virtual sərgi nümayiş olunub. http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm