Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə "Azərbaycan adlı bir ömür" adlı anım tədbiri keçirilib.

Tədbirdə məktəbin müəllimi, musiqişünas Nərgiz Kərimova ulu öndərin ömür yolu və dövlətçilik fəaliyyəti haqqında çıxış edib, dahi rəhbərin müasir müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması və inkişafında misilsiz xidmətlərindən danışıb. Digər çıxışlarda da ulu öndərin dövlətçilik fəaliyyətinə nəzər salınıb, Azərbaycan mədəniyyətinə qayğısından söz açılıb. Çıxışlar ümummilli liderin ömür yolunun əks etdirən videoslaydlarla müşayiət olunub.

Çıxışlardan sonra ulu öndərə həsr olunmuş "Dahi" mahnısı səsləndirilib. Mənsurə Quliyeva F.Sücəddinovun "Vətən haqqında ballada", Sevinc Kərimova "Sən elə bir zirvəsən", Samirə Xəlilova S.Əliyevanın "Xatirə", Ömər Məmmədli Ə.Məmmədovun "Yaşa hələ" mahnılarını ifa ediblər. İnstrumental trio "Küçələrə su səpmişəm" xalq mahnısını, Mətanət Nurullayeva "Elegiya" və Fəridə Şabanova F.Leyin "Sevgi hekayəti" əsəri səsləndirilib. Nərgiz Kərimovanın ümummilli liderə həsr etdiyi "Azərbaycan" mahnısı isə S.Kərimova tərəfindən ifa olunub.