Xəbər verdiyimiz kimi, dekabrın 7-dən 10-dək MDB-yə üzv ölkələrin gənclərinin XV “Delfi Oyunları” keçirilib. Rusiyanın təşkilatçı ölkə kimi çıxış etdiyi, amma pandemiya səbəbindən onlayn təşkil olunan budəfəki yarışlar 10 nominasiya üzrə gerçəkləşib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Mənzurə Abdürəhmanova “solo oxuma (xalq)” nominasiyası üzrə uğur qazanıb.

Mənzurə Azərbaycan xalq mahnısı “Ay Laçın”, Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” və “Şahnaz” muğamını (müəllim: Lalə Hüseynova, konsertmeysterlər: Nəbi Quliyev və Elnur Məmmədov) ifa edərək müsabiqənin diplomuna layiq görülüb.

Qeyd edək ki, Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli XV “Delfi Oyunları”nda “nəfəs alətləri” nominasiyası üzrə münsiflər heyətində təmsil olunub.