Azərbaycan Dövlət Film Fondunda tanınmış teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı Səfurə İbrahimovanın (1938-2020) xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur.

Qeyd edək ki, Səfurə İbrahimova “Knyaz”, “Xəyyam” (H.Cavid), “Anamın kitabı”, “Ölülər” (C.Məmmədquluzadə), “Vaqif”, “İnsan” (S.Vurğun), “Hamlet” (V.Şekspir), “Hökmdar və qızı” (İ.Əfəndiyev) və s. tamaşalarda yaratdığı obrazlarla teatrsevərlərin rəğbətini qazanıb.

Aktrisa həmçinin “Bizim küçə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Qayınana” və s. bədii filmlərdə də yaddaqalan obrazlar yaradıb.