15-21 dekabrda Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) Yeni il Kitab Sərgisi keçiriləcək.

Müstəqil nəşriyyatların və kitab mağazalarının qatılacağı sərgi günlərində təqdimatlar, müxtəlif mövzulara həsr olunmuş panellər, şeir və musiqi gecələri, yazar, aktyor, müğənni, rep və stendapçılarla görüşlər, uşaqlar üçün Şaxta baba və Qar qızın iştirakı ilə əyləncəli proqramlar da nəzərdə tutulur.

Satış-sərginin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şura, “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” nəşrlər evidir.

Xatırladaq ki, bu ilin 1-10 oktyabr tarixində eyni ünvanda Milli Kitab Sərgisi keçirilmişdi.