İlk kurs mayın 21-də İsmayıllıda başlayır
   
   Hər il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə İşbirliyi və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, ilk kurslar Şimal-Qərb bölgəsi üzrə mayın 21-dən 28-dək İsmayıllı rayonunda gerçəkləşəcək. Rayonun Peşə-Tədris Mərkəzində baş tutacaq təlimlər 4 istiqamət üzrə təşkil olunub. Bunlar hotel idarəçiliyi, qeyd-qəbul, masa xidməti və xadimə işi üzrədir. Dərslər gün ərzində 5 saat davam edəcək. Kurs iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sertifikatları təqdim ediləcək.
   Təlim-tədris kursunda Azərbaycanın Şimal-Qərb regionunu əhatə edən rayonların, o cümlədən Şamaxı, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakəndə fəaliyyət göstərən hotellərin əməkdaşlarından ibarət 100 nəfərə yaxın dinləyicinin iştirakı nəzərdə tutulur.
   Növbəti kurslar iyunun 1-də Xaçmaz rayonunda başlayacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar