Azərbaycan Medianın İnkişafı Agentliyi tərəfindən noyabrın 23-də elan olunan fərdi jurnalist müsabiqəsinin nəticələri açıqlanıb. Bu barədə MEDİA dekabrın 14-də məlumat yayıb.

Müsabiqəyə elan tarixinədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materiallar qəbul edilib. Müraciətlərin qəbulu 23–30 noyabr tarixlərində aparılıb.

Müsabiqə çap mediası və onlayn media subyektlərində işləyən jurnalistlər arasında 10 nominasiya (ən yaxşı reportaj; ən yaxşı ictimai-siyasi təhlil; ən yaxşı sosial-iqtisadi təhlil; ən yaxşı müsahibə; ən yaxşı mədəniyyət materialı; ən yaxşı idman reportajı və ya təhlili; ən yaxşı bədii publisistika; ən yaxşı köşə yazısı; ən yaxşı jurnalist araşdırması; ən yaxşı oçerk), audiovizual media subyektində işləyən jurnalist üçün isə 5 nominasiya ( ən yaxşı ictimai-siyasi reportaj; ən yaxşı iqtisadi reportaj; ən yaxşı sosial reportaj; ən yaxşı mədəniyyət reportajı; ən yaxşı idman reportajı) üzrə keçirilib.

“Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə beş nəfər qalib arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Həmidə Rüstəmova da var.