Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 112-ci ildönümü Gürcüstanın Marneuli şəhərində qeyd edilib.

Məşhur rəssamın xatirəsinə həsr olunmuş tədbirdə yerli rəsm dərnəyini bitirən gənclərə sertifikatlar təqdim edilib.

SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov Səttar Bəhlulzadənin həyat və yaradıcılığı barədə gənclərə məlumat verib. O, S.Bəhlulzadənin Gürcüstanda da yaxşı tanındığını, azərbaycanlı gənclərin də rəssamın yaradıcılığına maraq göstərmələrinin əhəmiyyətini qeyd edib.

Görüşün sonunda S.Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.