Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyinin təşəbbüsü ilə dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə poçt markası hazırlanıb. Poçt markası Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən nəşr edilib.

Üzərində “Nizami Gəncəvi 880. Dahi Azərbaycan şairi və mütəfəkkiri” yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.