Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, üç nəfər (Dadaşov Siyavuş Əbdül Xalıq oğlu; Əbdülrəhimov Ramiz Həmid oğlu; İbrahimov Məmməd Hüseyn oğlu) 3-cü dərəcəli “Əmək” ordeni ilə, yeddi nəfər (Axundova Sürəyya Əlifağa qızı; Əlizadə Cahid Azər oğlu; Hüseynov Abdul Fikrət oğlu; Hüseynov Emir Fikrət oğlu; Səmədov Rövşən Yaşar oğlu; Turabova Könül Akif qızı; Yusifli Nərmin Oğuz qızı) “Tərəqqi” medalı ilə təltif olunub.

Dövlət başçısını digər sərəncamı ilə beş nəfərə (Axundov Cahangir Rifaətoviç; Hacıyeva Səbinə Xalid qızı; Qasımov Nizami Fikrət oğlu; Qəhrəmanova Şəhla Şex Əli qızı; Məmmədov Kamil Müzəffər oğlu) Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar memar” fəxri adı verilib.

Həmçinin Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Fəxrəddin Böyük oğlu Miralayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

***

Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə ali təhsil müəssisəsinin 24 əməkdaşına “Əməkdar müəllim” fəxri adı verilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və ölkəmizdə təhsilin inkişafında xidmətlərinə görə bir nəfər “Şöhrət” ordeni, altı nəfər 3-cü dərəcəli “Əmək” ordeni, on yeddi nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Bundan əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə dörd nəfər (Əliyeva Tinatin Məmməd qızı; Qaraməmmədli Yasin Alı oğlu; Rəsulov Rəis Azər oğlu; Verdizadə Nailə Allahverdi qızı) “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.