Respublika Uşaq Kitabxanasının virtual sərgisi

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizaminin sənət xəzinəsi” adlı virtual sərgini istifadəçilərə təqdim edib.

Kitabxananın saytında təqdim olunan sərgi “Nizaminin sənət xəzinəsi”, “Məhdudiyyətli uşaqlar üçün”, “Qızıl fondda” və “Digər dillərdə” bölmələrindən ibarətdir.

Qeyd edək ki, sərgilənən 113 elektron resursdan 97-si tam mətnli kitabdır.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: https://clb.az/multi-medi-a/virtual-sergi/nizaminin-s-n-t-x-zin-si