Türkiyənin "Dibace.net" ədəbiyyat portalı "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Almas İldırımın türk dilinə tərcümə edilmiş  "O mənimdir əzəldən", "Əlvida, Bakı", "Türküm" şeirlərini yayımlayıb.

Layihə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilir. Portalda, həmçinin  Almas İldırım həyat və yaradıcılığı haqqında məlumat verilib.

Şeirləri Türkiyə türkcəsinə Dövlət Tərcümə Mərkəzinin türk dili üzrə mütəxəssisi Sənan Nağıyev çevirib. http://www.dibace.net/sairane/almas-yildirim-siirleri/