Ölkəmizdə yaşıllıqların qorunması, yeni meşə sahələrinin salınması diqqət mərkəzində saxlanılır, müxtəlif ekoloji layihələr həyata keçirilir.

Dekabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş ağacəkmə aksiyası da bu tədbirlərin davamı idi.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, həmçinin Bakı Nəqliyyat Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.

Yaşıllaşdırma aksiyası zamanı 2,2 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd Eldar şamı, sərv və zeytun ağacları əkilib.