«Elit Travel» turizm şirkətinin dəstəyi və tanınmış həkim Leyla Şıxlinskayanın dəvəti ilə Azərbaycanın bir neçə turizm şirkətinin - «İmprotex Travel», «SW Travel», «Caspian Travel», «Ala Carte Travel»in əməkdaşlarından ibarət heyət Quba rayonunda yerləşən «Bərpa SPA Mərkəzi»ndə tanışlıq turunda olub.
   Bu barədə məlumat verən «infotour.az» saytının xəbərinə görə, L.Şıxlinskaya turizm şirkətlərinin təmsilçilərini mərkəzin fəaliyyəti ilə yaxından tanış edib. Onun sözlərinə görə, yarandığı 3 il ərzində «Bərpa SPA Mərkəzi» təklif etdiyi xidmətlərin sayını həm keyfiyyət, həm də kəmiyyət baxımından artırıb: «Bu gün mərkəzdə 28 təkadamlıq, 8 lüks və 8 VİP nömrə, 8 ikiotaqlı, 10 üçotaqlı kotteclər fəaliyyət göstərir. Bundan başqa, mərkəzin hovuzu, tennis meydançası, saunası, bilyard zalı, fizioterapiya otaqları və s. mövcuddur».
   Onu da qeyd edək ki, «Bərpa SPA Mərkəzi» artıq keyfiyyətli tibbi və istirahət xidmətləri ilə deyil, həm də rəngarəng mətbəxi ilə tanınır. Mərkəzdə işgüzar görüşlər, seminarlar keçirmək üçün konfrans zalı da var.
   L.Şıxlinskaya bildirib ki, «Bərpa SPA Mərkəzi» Azərbaycanın turizm şirkətləri ilə yaxından əməkdaşlıq etmək və onların vasitəsilə çoxsaylı turistləri cəlb etmək niyyətindədir. O, turizm şirkətlərinin köməyi olmadan hər hansı yerli turizm obyektinin tanınmasını da qeyri-mümkün saydığını bildirib. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar