Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə start verib.

Layihə çərçivəsində ilk yaradıcılıq görüşləri Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Pantomim Teatrının baş rejissoru Bəxtiyar Xanızadənin iştirakı ilə 2022-ci il yanvarın 10-14-də keçiriləcək.

Ustad dərslərinə peşəkarlardan, gənclərdən və tələbələrdən ibarət olan teatrşünaslar, aktyorlar, rejissorlar dəvətlidir.

Yanvarın 10-11-də keçiriləcək “Həqiqi hisslərlə yaşamaq azdır” adlı treninq aktyorlar, ayın 13-də keçiriləcək “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı treninq rejissorlar, yanvarın 14-də təşkil olunacaq “Teatr və mən – mən və teatr” adlı təlim isə teatrşünaslar üçün nəzərdə tutulub.

Ustad dərsləri Azərbaycan Dövlət Pantomim Teatrında (saat 11:00 –13:00-da) keçiriləcək.

Giriş qeydiyyatladır. Qeydiyyatdan keçmək üçün müraciət forması doldurulmalıdır.

https://forms.gle/GfQE5WEdebvfHX6n9

Müraciət üçün son tarix: 5 yanvar 2022-ci il

Əlaqə nömrəsi: (012) 493 06 03

E-mail: em.aliyev@culture.gov.az