Lənkəran Dövlət Dram Teatrının kollektivi məktəbyaşlı tamaşaçılarını Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirəcək. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Qar dənəcikləri” pyesinin tamaşası ilə gəlib.

Dekabrın 18-də premyerası keçirilən səhnə əsərində Yeni ili qarşılamağa hazırlaşan balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır.

Tamaşanın quruluşçu rəssamı Rza Rzazadə, bəstəkarı Teymur Gözəlov, səs rejissoru Fərahim Fərəcovdur. Rolları Allahverən Babayev, Gülər Kərimli, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emil Rzayev, Aysel Cahangirova, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimi ifa edirlər.