Azərbaycanın Xalq artisti, Moskva Böyük Teatrının (Bolşoy Teatr) solisti Elçin Əzizova Müstəqil Dövlətlər Birliyinin (MDB) “Birliyin ulduzları” mükafatı təqdim olunub.

MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmiş “Birliyin ulduzları” mükafatı MDB məkanında humanitar sahədə əldə edilən nailiyyətlərə görə verilən mükafatdır. Mükafatın məbləği 2 milyon rubldur. Bu il 9 ölkənin nümayəndəsi mükafata layiq görülüb. Onların arasında görkəmli şair, yazıçı, ictimai xadim Oljas Süleymenov (Qırğızıstan), MDBMİ-nin rektoru Anatoli Torkunov (Rusiya) və başqaları var.

Təqdimat mərasimi dekabrın 21-də Moskvada, “Paşkov Evi”nin böyük zalında keçirilib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, DHƏF İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Fondun icraçı direktoru Anatoli İksanov və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak ediblər.

Tədbir çərçivəsində “Birliyin debütü” mükafatı da təqdim olunub. Azərbaycandan bu mükafata Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov layiq görülüb.