Polşanın "salon24.pl" və "ngo.pl" ədəbiyyat portalları Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) təşəbbüsü ilə görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayımına başlayıb.

"Nizami Gəncəvi" monoqrafiyasından tərcümələrin müəllifi polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan "salon24.pl" və "ngo.pl"  portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

https://www.salon24.pl/u/glosazebrejdzanu/1187883,880

https://publicystyka.ngo.pl/880-lat-temu-urodzil-sie-azerbejdzanski