Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün “Dənizin nağılları (“Skazki morya”) kitabı nəşr olunub.

On iki nağıl-hekayənin yer aldığı kitab Azərbaycan və rus dillərindədir. Şəkilli kitabda hekayələrlə bağlı testlər də yer alıb.

“Qələm” nəşriyyatının sifarişi olan kitabın redaktoru Dürdanə İbrahimova- Hüseynbəyli, rəssamları Şəlalə Rüstəmova, Səidə Eyvazova, Süleyman Özkonuk, Murad Bingöl, dizayneri Ömər Məmmədovdur.