Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunan “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti tədbir–sərgi keçirilib.

“Tarix yazanlar, tarixdə yaşayanlar” adlı sərgi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şəhid əməkdaşlarına həsr olunub.

Bildirilib ki, Vətən müharibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 210 əməkdaşı iştirak edib. Onlardan 5 nəfər şəhidlik zirvəsinə ucalıb.

Sərgidə Vətən müharibəsi şəhidləri – polkovnik-leytenant Nail Orucov, baş leytenant Rəşad Rəhimov, əsgərlər Şəhriyar Qasımov, Nurəhməd Ulubəyov,  Elnur Qarayevin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə aid olan əşyalar, fotolar, sənədlər nümayiş olunub.

Sərgi dekabrın 22-dək davam edəcək.