Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Şirəliyev (Çarhanlı) dekabrın 20-də 59 yaşında vəfat edib.

Elşən Şıxəli oğlu Şirəliyev 1962-ci il oktyabrın 2-də Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyoru fakültəsini bitirib. Həmin il Sumqayıt Dövlət Dram Teatrında işə başlayıb. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışıb.

2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi. Bu teatrın səhnəsində 50-yə yaxın tamaşada rol alıb. Aktyor film və seriallardakı rolları ilə də tamaşaçılara yaxşı tanışdır.

2018-ci ildə “Əməkdar artist” fəxri adına, 2019 və 2020-ci illərdə Prezident mükafatına layiq görülmüşdü.

Allah rəhmət eləsin.