Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə: Qazilər” layihəsinin beşinci buraxılışı 44 günlük Vətən müharibəsinin iştirakçısı Ömər Mirzəxanova həsr olunub.

Videomaterialda Ömər Roman oğlu Mirzəxanov haqqında geniş məlumat verilir.

Bildirilir ki, Vətənimizin şanlı tarixini yazan igidlər sırasında Ömər Mirzəxanov da var. Ailənin tək övladı olan Ömər Vətən müharibəsinə könüllü yollanıb. Ağır yaralansa da, yenidən döyüş yoldaşlarının yanına, savaşın qaynar nöqtəsinə dönüb. Həyatının ən gözəl xəbərini – Zəfər müjdəsini də burada alıb.

Ömər Mirzəxanov hazırda Azərbaycan Film Komissiyasında (Filming Azerbaijan) videomontajçı vəzifəsində çalışır.  O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.