Alimlər “Minilliyin yeddi problemindən biri”ni həll etdiklərini bildirirlər
Kembricdəki Kley adına Riyaziyyat İnstitutu 2020-ci ilin may ayında dünya riyaziyyatçılarının bir əsrdən artıq müddətdə həll etməyə çalışdığı Riman hipotezini “Minilliyin yeddi problemindən biri” elan edib. İnstitut dünya alimlərinə müraciət edərək bu problemin həlli üçün 1 milyon dollar mükafat ayırıb.
Bu günlərdə Venesueladan dörd alim – Rodolfo A-Nyeves Rivas, Pedro Fernandes Navarrete, Maksimliana Bandres Dias və Zollner Kastellano Pabin birgə məlumat yayaraq Riman hipotezini həll etdiklərini və hazırda Venesuela Fizika, Riyaziyyat və Təbiət Elmləri Akademiyasının rəyini gözlədiklərini bildiriblər.
Məlumatda bildirilir ki, dörd riyaziyyatçı 2015-ci ildən bu hipotezin həlli üzərində çalışırlar. Akademiyanın müsbət rəyindən sonra venesuelalı alimlərin həlli beynəlxalq elmi cəmiyyətin ekspertlərinə təqdim ediləcək.
CAVİD