2011-ci ilin yay turizm mövsümünün açılış mərasimi iyunun 15-nə planlaşdırılır. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, əslində yeni mövsümün başlanması hava şəraitinin necə olmasından asılıdır.
   
   Onun sözlərinə görə, hava şəraiti imkan versə, yay turizm mövsümü həmişə olduğu kimi, iyunun 15-də başlayıb, sentyabrın ortalarında yekunlaşacaq. Şöbə müdiri qeyd edib ki, hər il mövsümqabağı Mədəniyyət və Turizm Nazirliyinin Monitorinq Qrupu respublikanın regionlarında fəaliyyət göstərən turizm obyektlərində müxtəlif istiqamətlərdə monitorinqlər keçirir və onların yeni mövsümə hazırlıq səviyyələrini yoxlayır: “Bu il də bu tipli monitorinqlərin keçirilməsi planlaşdırılır. Əldə edilən nəticələrə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq addımlar atılır. Belə tədbirlərdən biri də turizm potensialının yüksək olduğu regionlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün xidmət səviyyəsinin artırılması məqsədilə keçirilən treninq-kurslardır».

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar