Moskvadakı Dövlət Tretyakov Qalereyası CSAR Mərkəzi, Ca’Foscari Venesiya Universiteti, Dövlət Şərq Muzeyi (Moskva) və Heydər Əliyev Fondu ilə birlikdə Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun sərgisini təqdim edəcək.
Sərgidə Tretyakov Qalereyasının, Moskva Dövlət Şərq Muzeyi və Azərbaycan muzeylərinin kolleksiyalarından rəssamın 50 əsəri təqdim olunacaq.
Qalereyanın yaydığı məlumatda vurğulanır ki, bu, Tahir Salahovun Avropada ilk böyük beynəlxalq sərgisi olacaq.
Tahir Salahovun əsərlərindən ibarət sərginin 2022-ci il aprel-sentyabr aylarında keçirilməsi nəzərdə tutulub. “Bu, 1962-ci ildə Venesiya Biennalesində iştirak edən üç “sərt üslublu” sovet rəssamına həsr olunmuş layihənin davamı olacaq”, – deyə məlumatda vurğulanır.