Heydər Əliyev Sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Əfrasiyab Bədəlbəylinin “Nizami” operasının televiziya variantının təqdimatı olub.

Sarayın mətbuat xidmətindən bildirilib ki, layihədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı da iştirak edib.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadov və baş xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır . Teleoperada vokalçılar Ramil Qasımov, İnarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov çıxış edirlər.