“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə 2022-ci il yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsini təşviq etmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayenin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.

Hərracda iştirak etmək istəyən şəxslər “Auction Baku” MMC-nin sosial şəbəkədəki hesablarını izləyə bilərlər.