Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları, haqqında yazılmış kitablar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Ilham_Eliyev/index.htm