Mayın 27-də Azərbaycan Turizm İnstitutunda Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri professor Adel Dərvişlə görüş keçirilib. Görüşdə Turizm İnstitutunun müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə çıxış edən institutun prorektoru Eldar Aslanov qonağı salamlayaraq təhsil ocağı barədə məlumat verib.
   Sonra A. Dərviş görüş iştirakçılarını Misirin turizm potensialı ilə tanış edib. Bildirib ki, Misirin mədəni irsi min illərin tarixinə söykənir: “Misir müxtəlif sivilizasiyalardan keçib və bu vaxt ərzində müxtəlif mədəniyyətləri özündə cəm edib. Misir turist ölkəsidir və min ilə yaxındır ki, avropalılar onu ziyarət edirlər, burada turizmin bütün sahələri var. Misirdə turizm sahəsinə aid olan bütün elementlər mövcuddur”.
   Görüşdə Misirin turizm potensialını əks etdirən xüsusi videoçarxlar nümayiş etdirilib. Eləcə də Turizm İnstitutunun foyesində Misirin milli geyimləri, rəsm əsərləri, əl işləri sərgilənib.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar