Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova ithaf olunmuş “Qəbələ. Keçmişdə və günümüzdə” kitabı işıq üzü görüb. Dekabrın 22-də “Azərkitab” Kitab Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə nəşrin təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Qəhrəman Polad Həşimovun ailə üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkilləri, Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev iştirak ediblər.

Çıxışlarda kitabın təkcə mütəxəssislər üçün deyil, eləcə də tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı vurğulanıb.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, Prezident İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük” sözləri ilə açılır.