Azərbaycan Dövlət Uşaq Filarmoniyası dekabrın 25-də “Möcüzəli Yeni il” adlı konsert proqramını təqdim edib.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Musiqili uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, vokal, gitara sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Proqramda Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səsləndirilib