Geniş turizm potensialı olan Gədəbəydə onlarla tarixi abidə var. Onlardan bir neçəsi vaxtilə burada məskunlaşmış almanlar tərəfindən inşa edilən Simens abidələridir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, artıq bu abidələrin təmiri və bərpası istiqamətində işlər başlanıb. Bunun üçün Almaniyanın Yade Universiteti ilə birgə “Simens abidələri əsasında geoinformasiya sisteminin yaradılması” adlı layihə hazırlanır. Geoinformasiya sisteminin əsas mahiyyəti və Simens abidələri haqqında toplanan materiallar “Google map” saytında yerləşdiriləcək. Milli turizm naviqasiya sistemi (GoMap.az) vasitəsilə turistlərin həmin abidələrə gedə bilmələri təmin ediləcək. Layihədə Simens abidələrinin görkəmini saxlamaqla əsaslı təmiri, qalan əşyalardan ibarət muzeyin yaradılması da nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar